AZ

Şoyqu Ermənistana ciddi xəbərdarlıq etdi

Ermənistanın Avropa İttifaqına daxil olması onun anti-Rusiya sanksiyalarına qoşulmalı olacağı anlamına gələcək.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Ermənistan Avropa Birliyinin sanksiyalarına və hərbi-siyasi qərarlarına, o cümlədən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti kimi vasitələr çərçivəsində qoşulmalıdır”, – deyə o bildirib.

Şoyqu əlavə edib ki, Aİ-yə mümkün üzvlük Ermənistanın iqtisadiyyatına zərbə vuracaq və həm də ölkədə həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Xatırladaq ki, yanvarın sonunda Ermənistan Baş naziri Nikol Paşinyan, ölkəsinin Avropa Birliyinə yaxınlaşması məsələsində Rusiya ilə aralarındakı uyğunsuzluqları etiraf edib.

Həmin ayda Ermənistan hökuməti, ölkənin Avropa Birliyinə üzvlük prosesinin başlaması haqqında qanun layihəsini təsdiq edib.

Seçilən
14
15
publika.az

10Mənbələr