“Liverpul” Məhəmməd Salahın mümkün gedişini nəzərə alaraq heyətini gücləndirməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, misirli futbolçu üç ay sonra sərbəst buraxıla bilər. “El Nacional”ın məlumatına görə, “qırmızılar”ın transfer hədəfi “Atletiko”nun hücumçusu Xulian Alvaresdir.
“Liverpul” Alvaresin transferi üçün 100 milyon avrodan çox təklif etməyə hazırdır. Mersisaydlılar Xulianın komandanın hücum xəttinin lideri ola biləcəyinə inanırlar.
Alvares əvvəllər İngiltərənin “Mançester Siti” klubunda çıxış edib. Argentinalı futbolçu ötən yaydan “Atletiko”da çıxış edir. O, bu mövsüm 44 matçda meydana çıxaraq 23 qol vurub və 5 məhsuldar ötürmə edib.