Bakı. Trend:
Martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisininəksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyinsürəti Culfada saniyədə 21 metrədək, Bakıda və Abşeronyarımadasında, eyni zamanda, Naftalanda saniyədə 18 metrədək,Naxçıvanda saniyədə 15 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanınhündürlüyü 4 metrdir.
Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ,Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay,Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan,Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.