"Mançester Yunayted" heyətini gücləndirmək variantlarını araşdırır.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "qırmızı şeytanlar" "Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqhemlə maraqlanır.
"Mankunianlılar" gənc futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir. Artıq tərəflər arasında ilkin danışıqlarda başlanılıb.
Eyni zamanda 19 yaşlı futbolçu ilə də digər İngiltərə klublarının, o cümlədən “Arsenal”ın da maraqlandığı iddia olunur.
Nüfuzlu Transfermarkt portalı Job Bellinghamı 18 milyon avro dəyərində qiymətləndirir. Gənc yarımmüdafiəçinin "Sanderlend"lə hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.