Ukrayna prezidenti Vladimir Zelenski ilə uzaqdan əlaqənin nəticələrindən sonra Aİ ölkələrinin əksər liderləri Ukraynaya güclü dəstəyini ifadə ediblər.
Turkustan.az xəbər verir ki, Avropanın 26 ölkəsinin dövlət və hökumət başçıları müvafiq qətnamənin mətninin lehinə səs veriblər.Avropa Şurasının Ukrayna üzrə yekunlarının mətni Avropa qurumunun saytında dərc olunub.
Avropa Şurası Ukrayna prezidenti Vladimir Zelenski ilə fikir mübadiləsi aparıb. EUCO 11/25 sənədində göstərilən mətn 26 dövlət və hökumət başçısı tərəfindən qəti şəkildə dəstəklənib. Sənəddə deyilir: “Avropa Şurası növbəti iclasında bu məsələyə yenidən baxacaq”.
Aytən Yaşar/ Turkustan.az