AZ

DYP yollarda görünüş məsafəsinin məhdudlaşdırılması ilə bağlı sürücülərə xəbərdarlıq edib

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi yollarda görünüş məsafəsininməhdudlaşdırılması ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Trend xəbər verir ki, MilliHidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkəərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və dumansəbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800metrədək məhdudlaşacağı gözlənilir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətliolmağa çağırır və aşağıdakı qaydalara riayət etməyi tövsiyəedir:

✅ Sürət həddini hava şəraitinə uyğun seçin.
✅ Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurətolduqda duman faralarından istifadə edin.
✅ Ötmə və kəskin manevrlərdən çəkinin.
✅ Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsiniartırın.
✅ Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.

Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələriniidarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yolhərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Seçilən
14
19
az.trend.az

10Mənbələr