AZ

Roberto Martines: “Danimarka yığmasına yaxşı bələdəm”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines UEFA Millətlər Liqasının 1/4 finalının Danimarka yığması ilə oyunu haqda danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəsssin bu barədə fikrini təqdim edir:

“Mən Danimarka yığmasına yaxşı bələdəm, biz onunla son illərdə qarşılaşmışıq. Danimarkalıların yeni məşqçisi var, amma əsasnaməsi elə, əvvəlkinə bənzəyir. Onların meydanda nə etməyə çalışdıqlarını başa düşmək asandır, mənə onların yanaşması və üslubu xoşdur. Biz komandamızı yaxşı tarazlamalı, fəal, ən yüksək səviyyədə oynamalıyıq. Məsələ rəqibdən çox, bizim nə edə biləcəyimizdədir.

Millətlər Liqası ən çətin yarışlardan birinə çevrilir. Söhbət heç də ancaq final mərhələsindən getmir, bu, həmçinin təsnifat mərhələsinə də aiddir. Siz komandaların səviyyəsini görürsünüz, indi bu oyunlar Avropanın ən yaxşı yığma komandaları ilə oyunlardır”, deyə Roberto Martines vurğulayıb.

Danimarka – Portuqaliya oyunu bu gün, martın 20-də Kopenhagendə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı cavab oyunu isə martın 23-də Lissabonda baş tutacaq.

Seçilən
43
arena.az

1Mənbələr