"Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Joau Pereyra Türkiyə Super Liqası komandasını çalışdıracaq. Bu barədə "Record" nəşri məlumat yayıb. 

O hazırda "Sportinq"in B komandasının sükanı arxasındadır.

Qeyd edək ki, komanda hazırda 31 xalla turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.