AZ

“Napoli” “Yunyated”in forvardı ilə maraqlanır

İtaliya A Seriyası təmsilçilərindən "Napoli" yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, komanda "Mançester Yunayted"də istəniləni verə bilməyən Rasmus Hoylund ilə yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" oyunçu üçün 60 milyon avro tələb edir.

Xatırladaq ki, 22 yaşlı forvard İngiltərə təmsilçisinə 2023-cü ildə "Atalanta"dan 73,9 milyon avroya transfer edilmişdi.

Qeyd edək ki, Danimarka millisinin mərkəz hücumçusu bu mövsüm "Yunayted"in heyətində iştirak etdiyi 39 rəsmi matçda 8 qol, 2 assistlə yadda qalıb.

“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq

Super Liqada növbəti baş məşqçi ayrılığı

“Bavariya”nın keçmiş üzvü vəfat edib

Niderland millisində ciddi itki

Hansı oyun, hansı kanalda?

Seçilən
21
apasport.az

1Mənbələr