Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" yeni baş məşqçi ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, komandanın "sükanı arxası"na Joao Pereyra gətirilir. Bu barədə "Bein Sports" məlumat yayıb.
Portuqaliyalı mütəxəssisin martın 21-i tarixində müqavilə imzalamaq üçün Türkiyəyə yollanacağı gözlənilir.
Təcrübəli çalışdırıcının son iş yeri "Sportinq B" olub.
Qeyd edək ki, Pereyranın futbolçu karyerasında yolu Türkiyədən keçib: O bir müddət "Trabzonspor"un formasını geyinib.