AZ

Brayan Rimer: “Portuqaliya millisi dünya səviyyəlidir, amma…”

Danimarka yığmasının baş məşqçisi Brayan Rimer UEFA Millətlər Liqası 1/4 finalının Portuqaliya yığması ilə oyunundan gözləntisini açıqlayıb.

Arena.az Danimarkanın TV2 dərgisinə istinadən, danimarkalı mütəxəsssin bu barədə fikrini təqdim edir:

“Mənim üçün Portuqaliya yığması – dünya səviyyəli bir komandadır. Əgər siz azacıq futbol biliyinə maliksinizsə, bunlar hər mövqedə nəhəng oyunçulardır. Onlar çoxlu istedada və keyfiyyətə malikdirlər. Siz son səkkizlk arasında yarışanda isə, kiminlə mübarizə aparacağınızın əhəmiəyyəti yoxdur, çünki bütün komandalar əla keyfiyyətlərə malikdirlər. Biz bilirik ki, onlar favorit, biz isə məğlub olmuşlar qismindəyik, amma…”, deyə Brayan Rimer “al qvardiya”nın qəbul edilmiş rəyə əsasən çıxış etməyəcəyini başa düşməyə əsas verib.

Danimarka – Portuqaliya oyunu bu gün, martın 20-də Kopenhagendə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı cavab oyunu isə martın 23-də Lissabonda baş tutacaq.

Seçilən
35
arena.az

1Mənbələr