AZ

"Mançester Yunayted"in 90 milyon avroluq hədəfi

"Mançester Yunayted" qarşıdakı transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” “Yuventus”un hücumçusu Kənan Yıldızı hədəfə alıb. "Mankunianlılar" 19 yaşlı futbolçunu yay üçün əsas hədəflərindən biri kimi müəyyənləşdirib.

 “Mançester Yunayted” artıq Yıldız və “Yuventus” təmsilçiləri ilə əlaqə saxlayıb.

Turin klubu futbolçunu təxminən 90 milyon avro dəyərləndirir.

Eyni zamanda, Kənan Yıldız digər yüksək səviyyəli klubların, xüsusilə də “Mançester Siti”nin də maraq dairəsindədir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr