Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Feliks Nmeça karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
90deqiqe.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" alman futbolçusunun xidmətində maraqlıdır. İngiltərə nəhəngi 24 yaşlı futbolçunun agenti ilə artıq danışıqlara başlayıb.
İngilislər, bazar dəyəri 28 milyon avro olan futbolçu üçün 48 milyon avro ödəməyə hazırdırlar.
Bu mövsüm Nmecha bütün klub turnirlərində 27 oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun "Bamblebees"lə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. 29 turdan sonra "Mançester Yunayted" 37 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. Almaniya Bundesliqasında "Borussiya" 11-ci, Dortmund klubunun 35 xalı var.