Niderland yığmasının baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqasının 1/4 finalının İspaniya yığması ilə oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, niderlandlı mütəxəsssin bu barədə fikrini təqdim edir:
“İspanlar topla parlaq oynayırlar, onlar əla yarımmüdafiəçilərə malikdirlər. Komanda cinahlarda Lamin Yamal və Niko Uilyamsla çox sürətlə oynayır. Bəzən ispanları dayandırmaq üçün “avtobus qoymaq” gərəkdir, amma baxmayaraq ki, bunu etmək istəmirsən. Biz meydanın onlara aid hissəsində topla oynamaq və irəlidə təzyiq göstərəmək istəyindəyik”, deyə Ronald Kuman vurğulayıb.
Xatırladaq ki, Niderland yığması ilk oyun çərçivəsində İspaniya yığmasını bu gün, martın 20-də Rotterdamın “Feyenoord” stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Komandalar arasındakı ikinci oyun isə martın 23-də Valensiyanın “Mestalya” stadionunda baş tutacaq.