Bakı. Trend:
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevarasında telefon danışığı olub.
Trend xəbər verir ki, ŞavkatMirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqınıNovruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq vəxoşbəxtlik arzulayıb.
Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da öznövbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaqmədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizintəcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb,ruzi-bərəkət və firavanlıq arzu edib.
Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəligələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərininbütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçılarıtərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasındanvə əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyatakeçirilməsindən məmnunluq ifadə olunub. Bu xüsusda ticarətdövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika,enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunanlayihələr qeyd edilib.
Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuranməsələlər və gələcək təmaslar barədə fikir mübadiləsiaparıblar.