AZ

Sergey Şoyqu Ermənistana xəbərdarlıq edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanın Avropa İttifaqına daxil olması o demək olacaq ki, ölkə Rusiya əleyhinə sanksiyalara qoşulmalı və Ukraynanı silahla təmin etməli olacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Rəsmi İrəvana xəbərdarlıq edən Şoyqu deyib: "Ermənistan Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o cümlədən bu cür alətlər çərçivəsində məsələn, Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti və Avropa Sülh Fondunun qərarlarına qoşulmalı olacaq. Bu fond Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi verir".
Katib qeyd edib ki, Avropa İttifaqına mümkün qəbulunda Ermənistan nəinki iqtisadi problemlərlə üzləşəcək, həm də Rusiyaya qarşı sanksiyaların tətbiqinə qoşulmağa məcbur olacaq və Brüssel də bunda israrlı olacaq.
Seçilən
69
16
oxu.az

10Mənbələr