AZ

De la Fuente: “Niderlandla oyun finala bənzəyəcək”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 1/4 finalının Niderlandla qarşıdakı oyunu haqda danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəsssin bu barədə fikrini təqdim edir:

“Niderland çox gənc və istedadlı komandaya malikdir. Müvafiq səviyyədə yaş həlledici əhəmiyyət kəsb etmir. Əsası – bacarıqlar, qətiyyət və istedaddır. Biz qələbə qazanmaq istəyirik və bütün suallara Valensiyada aydınlıq gətirmək haqqında isə düşünmürük. Bu, finala bənzər çox çətin oyun olacaq”, deyə De la Fuente vurğulayıb.

Xatırladaq ki, İspaniya yığması ilk oyun çərçivəsində bu gün, martın 20-də Rotterdamın “Feyenoord” stadionunda Niderland yığmasının “qonağı” olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı ikinci oyun isə martın 23-də Valensiyanın “Mestalya” stadionunda baş tutacaq.

Seçilən
63
arena.az

1Mənbələr