Gürcüstan Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, İrəvanda erməni həmkarı Nikol Paşinyanla görüşüb.
Tərəflər ikitərəfli əməkdaşlığı və regional prosesləri müzakirə ediblər.
Qeyd olunur ki, hər iki ölkənin baş nazirləri martın 20-də UEFA Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində Ermənistan və Gürcüstan milli komandaları arasında keçiriləcək pley-off matçına qatılacaqlar.
