AZ

Ermənistan Rusiyanın ABŞ-dən hərbi texnikanın gətirilməsi sorğusunu cavablandırıb

Rəsmi İrəvan Moskvaya məlumat verib ki, ABŞ-dən ölkəyə hərbi texnikanın gətirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun müxbirinin sualını cavabalandırarkən deyib.

“Biz müvafiq nəşrləri gördük və dərhal erməni həmkarlarımızdan dəqiqləşdirmə tələb etdik. Bizə məlumat verilib ki, Vaşinqtondan heç bir rəsmi sorğu daxil olmayıb”, - Zaxarova bildirib.

Bundan əvvəl xəbər verilib ki, iyulun 16-da ABŞ Gürcüstanın Poti limanı vasitəsilə Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara hərbi avadanlıq köçürmək niyyətindədir.

Seçilən
59
ikisahil.az

1Mənbələr