AZ

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı, 20 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis video vasitəsilə Azərbaycan dilində “Novruz bayramınız mübarək” sözlərini deyib.

Qeyd edək ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan seçməsinə rəhbərlik edir. O, 2016-cı ildə Portuqaliya yığması ilə Avropa çempionu olub.

Seçilən
33
3
azertag.az

4Mənbələr