AZ

Biləsuvarda uşaq pilləkandan yıxılaraq ağır xəsarət ALDI

Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməməyə gələn uşaq ağır xəsarət alıb. 

"Unikal"ın məlumatına görə, hadisə Biləsuvarın Aşağı Cürəli kəndində qeydə alınıb. Belə ki, Bakıda yaşayan ailə doğma kəndinə Novruz bayramını qeyd etmək üçün gəlib. Ailənin 6 yaşlı övladı G. N. Niyaməddin qızı ehtiyatsızlıqdan pilləkandan yıxılıb.  Ağır xəsarət alan uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
97
2
unikal.az

10Mənbələr