AZ

Daliç: “Fransa yığmasına qarşı ehtiyatla davranmalıyıq”

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1/4 finalının Fransa yığması ilə oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, xorvat mütəxəsssin bu barədə fikrini təqdim edir:

“Fransa – fantastik komandadır. Onların özünəməxsus üslubu var, onlar fövqəladə surətdə cəldliklə yenidən qurula bilirlər və ixtiyari səhvə görə rəqibi cəzalandırmağa qadirdirlər. Biz ehtiyatlı olmalıyıq, tələsmək və özünün əks-hücumlarda tutulmağını rəqibə fürsət vermək olmaz. Ən təhlükəlisi – topu itirməkdir. Biz ən yaxşıların dördlüyünə düşmək istəyirik, amma bunun üçün ən çətin tapşırığı çözməliyik.

Haqq-hesabın cavab oyununa daşınmasını istəyirəm. Fransada daha da çətin olacaq. Bu böyük oyunu keçirmək üçün bizə yüz faizdən də artıq oynamaq gərəkdir. Öz səviyyəmizi göstərmək və rəqabətəqadir olmaq istəyirik”, deyə Daliç vurğulayıb.

Xorvatiya – Fransa oyunu bu gün, martın 20-də Splitdə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı cavab oyunu isə martın 23-də Sen-Denidə baş tutacaq.

Seçilən
39
arena.az

1Mənbələr