Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqası 1/4 finalının Xorvatiya yığması ilə oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəsssin bu barədə fikrini təqdim edir:
“Bu yarış çox vacibdir. Biz bu yarışı icra edilmiş borc hissi ilə qazanmışıq, odur ki, onu yenidən qazanmaq bizim məqsədlərimizdən biridir. Tapşırığımız aydındır – iyundakı final mərhələsinə çıxmaq üçün mümkün olan hər şeyi etmək. Hər şey birinci oyunda həllini tapmaya da bilər, amma biz oturub nəyisə gözləyə bilmərik. Xorvatiya yığmasına nikbinlük üçün çoxlu əsas vermək olmaz. Qarşıda iki böyük oyun var”, deyə Deşam vurğulayıb.
Xorvatiya – Fransa oyunu bu gün, martın 20-də Splitdə keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Komandalar arasındakı cavab oyunu isə martın 23-də Sen-Denidə baş tutacaq.