Cəlilabadda qadın doğuşdan sonra ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində baş verib.
Belə ki, kənd sakini Nahidə Abasova evdə doğuş edəndən sonra halı pisləşib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
N. Abbasova bir həftə Reanimasiya şöbəsində müalicə olunub. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov