AZ

Cəlilabadda evdə doğuş edən qadın VƏFAT ETDİ

Cəlilabad rayonunun Soyuqbulaq kəndində ev şəraitində doğuş edən qadın həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kənd sakini Abasova Nahidənin doğuşdan sonra səhhətində problem yaranıb.

O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və bir həftə reanimasiya şöbəsində həkim nəzarətində saxlanılıb. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, beyin ölümü baş verib və qadın dünyasını dəyişib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Seçilən
30
bizim.media

1Mənbələr