AZ

“Rusiya ABŞ nümayəndələrini həmin toplantıya dəvət edəcək”

“Rusiya ABŞ nümayəndələrini təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələrin may ayında keçiriləcək beynəlxalq toplantısına dəvət edəcək”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, artıq 100-dən çox ölkə nümayəndələrinin qarşıdan gələn görüşdə iştirakını təsdiqləyiblər.

Qeyd edək ki, təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələrin beynəlxalq toplantısı 2010-cu ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının himayəsi altında keçirilir. Bu il isə mayın 27-29-da Moskvada keçiriləcək.

Seçilən
45
1
qafqazinfo.az

2Mənbələr