ABŞ administrasiyası İrandan xam neft alan və emal edən Çində yerləşən neft emalı zavodunu və onun baş icraçı direktoru ilə 19 şirkət və gəmini İran neftinin daşınmasına görə sanksiya siyahısına daxil edib.
Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi açıqlamasında İranın neft ixracını dəstəkləyən şəbəkəyə qarşı sanksiyaların tətbiq edildiyini bildirib.
Bəyanatda deyilir ki, İrandan yüz milyardlarla dollar dəyərində xam neft alan və emal edən Çində yerləşən "teapot" neft emalı zavodu və onun baş direktoru sanksiyalar siyahısına əlavə edilib.
Kiçik miqyaslı və müstəqil olduğu üçün “teapot” adlandırılan neft emalı zavodunun husilərlə və İran Müdafiə Nazirliyi ilə əlaqəsi olan İran neftini daşıyan bəzi “kölgə donanması” gəmilərindən neft qəbul etdiyi bildirilən açıqlamada, İran neftini daşıyan və neft emalı zavodlarına daşıyan 19 şirkət və gəminin də investisiya siyahısına daxil edildiyi bildirilib.
"Birləşmiş Ştatlar Tehrana terrorizmi maliyyələşdirməyə və nüvə proqramını inkişaf etdirməyə davam etməyə imkan verən gəlir axını kəsməkdə qərarlıdır"-deyə, Bessent bildirib.
ABŞ Dövlət Departamenti də sanksiyalar siyahısında olan gəmidən İran xam neftini alıb saxladığı üçün Çindəki neft terminalına sanksiya tətbiq edib.
Aytən Yaşar/ Turkustan.az