AZ

İspaniya yığmasının tarixinə düşdü

Lamin Yamal İspaniya yığmasının tarixinə düşüb. Amma onun fərqləndirən faktın idman göstəriciləri ilə bağlılığı yoxdu.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın 17 yaşlı vingeri milli komandanın tarixinə Ramazan ayında oruc tutan ilk futbolçu kimi düşüb.

Lamin Kataloniya əyalətində anadan olsa da, atası Mərakeşdən, anası isə Ekvatorial Qvineyadandı. Yeri gəlmişkən, İspaniya yığması Millətlər Liqası çərçivəsində martın 20-də və 23-də Niderlandla qarşılaşacaq.

Yamalla bağlı bu xəbər də maraq doğurur. PSJ rəhbərliyi onu yayda transfer etməyi planlaşdırıb. “El Nacional”ın məlumatına görə, Fransa klubu çox istedadlı futbolçuya “Barselona” ilə yeni müqavilə imzalamaması üçün təzyiq göstərir. PSJ-nin planı Laminə hazırda “Real”da oynayan sabiq futbolçusu Kilian Mbappenın müqaviləsindəki maliyyə şərtlərinə bərabər olan təklif etməkdi. Paris klubu yeniyetmə oyunçunu bu göstəricidə PSJ-nin rekordçusuna çevirməyə hazırdı.

Bir müddət əvvəl mətbuatda Yamalın 18 yaşı tamam olanda “Barselona” ilə müqaviləsini daha yaxşı şərtlərlə yeniləyəcəyi haqda xəbərlər yayılmışdı.

Laminin klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

O, bu mövsüm komandanın heyətində bütün turnirlərdə meydana çıxdığı 38 matçda 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Seçilən
9
football-plus.az

1Mənbələr