AZ

ABŞ martın 15-dən bəri Yəməndə 60-dan çox husi obyektinə hücum edib — TV » AzadMedia.az


Martın 15-dən etibarən ABŞ qüvvələri Yəmənin radikal Ənsar Allah (Husi) hərəkatının 60-dan çox hədəfinə zərbələr endirib.

Rəsmiyə istinadən verilən məlumata görə, martın 15-19-da Yəməndə 60-dan çox hədəfə hücum edilib. Onun sözlərinə görə, ABŞ qüvvələri Husi hökumətinin pilotsuz təyyarə layihələrinə cavabdeh olan bir sıra mühəndis və rəsmilərini, həmçinin pilotsuz təyyarə operatorlarını məhv edib.

Əl-Cəzirə telekanalının mənbəsi əlavə edib ki, husilər Qırmızı dənizdə ticarət gəmilərinə və ABŞ gəmilərinə hücumlarını dayandırana qədər zərbələr gündəlik olaraq davam edəcək.

Prezident Donald Tramp administrasiyası bölgədəki hərbi gücünü gücləndirməyi planlaşdırır, rəsmi əlavə edib.

Martın 15-də ABŞ Trampın əmri əsasında Yəməndəki husi obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, məqsəd Amerika maraqlarını müdafiə etmək və naviqasiya azadlığını bərpa etməkdir. Husilərin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində 53 nəfər ölüb, ən azı 98 nəfər yaralanıb. Buna cavab olaraq “Ənsar Allah” hərəkatı raket və pilotsuz uçuş aparatlarından istifadə edərək, Qırmızı dənizin şimal hissəsində ABŞ-ın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisinə hücum edib.
Seçilən
49
1
azadmedia.az

2Mənbələr