AZ

Alleqri “Milan”a qayıdır? - idman direktoru açıqladı

“Milan”ın keçmiş idman direktoru Ariedo Braida Massimiliano Alleqrinin "rossenerlər"in yeni baş məşqçisi təyin olunmasını dəstəklədiyini artıq xəbər vermişdik.

90deqiqe.Az xəbər verir ki, "Pianetamilan.it" funksionerin dediklərini belə çatdırıb. 

“O, öz işini bilir, yaxşı oyunçuları idarə etməyi və ona verilən materiala uyğun nəticə əldə etməyi bilir.O, buna hər yerdə nail oldu".

Alleqri üçün bu, məşqçilik karyerasının ilkin mərhələsində bir vaxtlar çalışdırdığı kluba qayıdış olacaq. "Milan"ı 2011-ci ildə liqa çempionluğuna aparan Alleqri idi. 

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 9-cu yerdədir.

Seçilən
14
90deqiqe.az

1Mənbələr