AZ

Zelenski bunu "geriyə doğru addım" adlandırdı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın söhbəti zamanı əldə olunan qismən atəşkəslə bağlı razılaşmanı geriyə addım adlandırıb.

"Unikal" xəbər verir ki,  onun sözlərini RBC-Ukrayna sitat gətirir.

“Bir daha insanlar, mənə elə gəlir ki, bir addım geri atdılar, çünki onlar qismən atəşkəs haqqında danışmağa başladılar. Biz irəliyə doğru daha yaxşı addımlar atmağa hazırıq”, - deyə Zelenski bildirib.

Eyni zamanda o qeyd edib ki, əgər Ağ Evin strategiyası geri addım atmağı tələb edirsə, o zaman Ukrayna onlarla razılaşmağa məcbur olacaq.

Seçilən
18
unikal.az

1Mənbələr