AZ

“Mançester Siti” “Barselona”nın liderinə göz dikib

"Barselona"nın hücumçusu Rafinyanın karyerasını İngiltərə çempionatında davam etdirmək variantı var.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, Braziliya millisinin hücumçusunun xidmətində "Mançester Siti" maraqlıdır. "Şəhərlilər" yay transfer pəncərəsi zamanı hücumçunun transferini nəzərdən keçirir.

Mançester klubu Kataloniya təmsilçisini bu transferə razı olması üçün 25 yaşlı üçün 80 milyon avro təklif etmək niyyətindədir.

Braziliyalı ilə "blauqrana"nın hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır. Cinah oyunçusu bu mövsüm bütün yarışlarda 42 matçda iştirak edib, 27 qol vurub və 20 məhsuldar ötürmə edib.

 

Seçilən
16
90deqiqe.az

1Mənbələr