Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Trend-inməlumatına görə, müraciətdə deyilir:
"Bayram günləri insanlara sevinc, xoşbəxtlik və unudulmaz anlarbəxş etməlidir. Lakin təəssüf ki, bəzi sürücülər bayram günlərindəşəhərdaxili yollarda nəqliyyatın nisbətən az olmasını fürsət bilibsürət həddini aşır, təhlükəli manevrlər edir və digər kobud qaydapozuntularına yol verirlər. Bu cür məsuliyyətsiz davranışlar ağıryol qəzalarına səbəb olaraq bayram sevincini faciəyə çevirəbilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciətedərək yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə,ehtiyatsızlıq və tələskənlikdən çəkinməyə çağırır.
Unutmayın ki, bayram süfrəsində yaxınlarınızla bir yerdə olmaqüçün ən vacib şərt yollarda təhlükəsiz hərəkət etməkdir.
Bayramı sevinc içində keçirmək üçün qaydalara əməl edin, özünüzü vəbaşqalarını qoruyun!"