"Aston Villa" "Çelsi"nin futbolçusu Joao Felikslə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Hazırda "zadəganlar" 25 yaşlı portuqaliyalı hücumçunu satmaq niyyətində deyil. Lakin növbəti mövsüm o, icarəyə göndərilə bilər. "Aston Villa" isə Feliksi birdəfəlik transfer etmək istəyir, amma futbolçunun yüksək maaşı buna mane ola bilər.
Qeyd edək ki, Joao Feliks hazırkı ilin qış transfer pəncərəsində icarə əsasında "Milan"a keçib. Onun İtaliya klubunda olan icarə müddəti mövsümün sonuna qədərdir.