Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomunun ləğvinə və onun saxlanılmasına münasibət bildirib.
Heftelik.az xəbərinə görə, sabiq millət vəkillərinin iştirakı ilə keçirilən iftar mərasimində çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə bəlkə də dünyanın hər gün yeni bir gündəmə oyanan ən hərəkətli ölkəsidir.
Türkiyə Prezidenti qeyd edib ki, bu gündəmlərin bir qismi süni olaraq köpürdülmüş mövzulardan yaranır: “Müxalifətin öz daxili qarşıdurmalarını və hüquqla olan problemlərini ölkənin Ən önəmli məsələsi kimi göstərməsi yönündə səyləri riyakarlığın zirvəsidir. Ambisiyaları az qala ağıllarını alıb. Cümhuriyyət Xalq Partiyasının mediası və müxalifət tərəfi istər diplom, istərsə də korrupsiya, rüşvət məsələlərində məhkəmənin irəli sürdüyü iddialara cavab verə bilmirlər. Milləti aldatmağa çalışırlar. Desələr ki, “bu diplomu üsuluna uyğun alıb”, eyni şəkildə desələr ki, “bələdiyyədə haqsızlıq, korrupsiya yoxdur”, bunu da yenə bu sahədəki ekspertlər vasitəsilə danışmaq, müzakirə etmək olar. Amma bunu etmirlər, edə bilmirlər. Çünki bunun həqiqət olduğunu özləri daha yaxşı bilir. CHP rəhbərliyindəkilərin çoxu rəqiblərini sıradan çıxardıqları üçün bağlı qapılar arxasında bayram edir. Bizim nə şəxsən, nə də partiya olaraq müxalifətin şoularına sərf etməyə vaxtımız yoxdur. Biz sadəcə, işimizə baxır, hədəflərimizə yönəlirik”.
Rəcəb Tayyb Ərdoğan hüquq-mühafizə orqanlarına sənədlərin bir çoxunun da elə CHP üzvlri tərəfindən təqdim olunduğunu da söyləyib.