AZ

Niko şərtlərini açıqladı

“Atletik Bilbao”nun vingeri Niko Uilyams “Barselona”ya yalnız müəyyən şərtlərlə transfer oluna bilər.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı futbolçunu transfer etmək üçün Kataloniya nəhəngi ilə yanaşı, “Bavariya”, “Arsenal” və digər böyük klublar da mübarizə aparır. “El Nacional”ın məlumatına görə, “blauqranalar” üçün yalnız maliyyə səbəblərinə görə Uilyamsı heyətinə qatmaq asan olmayacaq. Futbolçu yalnız ilk “11-lik”də yer alacağına zəmanət verildiyi halda bu keçidə razı olacaq.

Uilyamsın potensial transfer qiyməti 60 milyon avrodur. Futbolçu bu mövsüm “Atletik” ilə 37 oyunda 9 qol vurub və 7 assistə imza atıb.

Seçilən
16
futbolpress.az

1Mənbələr