Futbol üzrə Ermənistan millisi İrəvanda Gürcüstan yığmasına məğlub olub.
Ermənistan milli komandası UEFA Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb.
Operativ Media xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən matçda Gürcüstan yığması 3-0 hesabı ilə qalib gəlib.
Bu məğlubiyyətdən sonra erməni azarkeşlər baş məşqçinin istefası tələbi ilə şüarlar səsləndiriblər.
Komandalar arasında cavab oyunu 23 martda Tbilisidə baş tutacaq.