AZ

Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə 10-15 m/san sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti 18 m/san-dək güclənəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Seçilən
74
9
oxu.az

10Mənbələr