AZ

Gürcüstan Bakı və İrəvan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayıb

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatmasını alqışlayır.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.

Görüşdə həmçinin, regionda mövcud çağırışlar, Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə olunub.

İrakli Kobaxidze qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı danışıqların başa çatması regionda uzunmüddətli sabitliyə nail olmaq üçün tarixi bir addımdır.

Tərəflər strateji tərəfdaşlığın gündəliyində duran əsas məsələlərə, o cümlədən ticarət-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetiriblər.

Seçilən
17
missiya.az

1Mənbələr