AZ

Rusiya və Ermənistan XİN rəsmiləri məsləhətləşdilər

Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan Cənubi Qafqazdakı vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər.

Paralel.az ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələr Moskvada XİN-lərarası məsləhətləşmələr çərçivəsində baş tutub.

Tərəflər həmçinin “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) formatında region dövlətləri ilə onların qonşuları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını ətraflı müzakirə ediblər.

Seçilən
48
10
paralel.az

10Mənbələr