Futbol üzrə Gürcüstan milli komandası Millətlər Liqasının pley-off mərhələsinin ilk oyununda Ermənistan millisini məğlub edib.
Publika.az xəbər verir ki, İrəvandakı Vazgen Sarkisyan adına stadionda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Gürcülər üçün ilk qolu 33-cü dəqiqədə yarımmüdafiəçi Giorgi Koçoraşvili vurub. 37 və 59-cu dəqiqələrdə hücumçu Giorgis Mikautadze iki dəfə fərqlənib.
Maraqlıdır ki, Mikautadzenin ilk qoluna qapıçı Giorgi Mamardaşvili kömək edib.