Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyan ilə görüşüb.
"Unikal" xəbər verir kki, görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında səmərəli əməkdaşlıq və qonşuluq münasibətlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq gündəliyində duran əsas məsələlərə, o cümlədən ticari-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.
Söhbət zamanı regiondakı çağırışlara, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də toxunulub.