UEFA Millətlər Liqasında pley-off mərhələsinin növbəti oyunu keçirilib. “Report” xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanı qəbul edib.
Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Matçda Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi Macarıstanın qapısına yol tapıblar. Qonaqların yeganə qolunu isə Andraş Şafer vurub. Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.
Qeyd edək ki, Türkiyə millisi 12 sentyabr 2007-ci ildə macarlara qarşı son qələbəsindən sonra keçirdiyi 5 matçdan 4-də uduzub, 1-də meydandan bərabər hesabla ayrılıb. Bu nəticə ilə Türkiyə yığması 5 matçdan sonra Macarıstanı məğlub etməyi bacarıb.