AZ

Müxalifətin qanunla bağlı problemlərini ölkədə ən mühüm məsələ kimi qələmə vermək cəhdi ikiüzlülüyün zirvəsidir - Ərdoğan

Bakı. Trend:

Müxalifətin öz daxili münaqişələrini və ya qanunla bağlıproblemlərini ölkədə ən mühüm məsələ kimi qələmə vermək cəhdiikiüzlülüyün zirvəsidir.

Trend xəbərverir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK PartiyaKonfrans Salonunda iftar süfrəsində partiyasının keçmiş millətvəkilləri ilə görüşündə çıxışında bildirib.

Onun sözlərinə görə, müxalifətin ambisiya və istəklərininfaktiki olaraq ağılları əsir edib.

"Onlar bizim polisə hücum edəcək, hakimləri, prokurorları,məhkəmələri təhdid edəcək qədər müvazinətini itiriblər. Diqqətedirsinizsə, CHP, media və digər strukturları ilə müxalifət istərdiplom məsələsində, istərsə də korrupsiya, oğurluqla bağlı məhkəməorqanlarının irəli sürdüyü iddialara heç vaxt cavab vermir, cavabverə bilmirlər. Bunun əvəzində onlar məsələni siyasi şüarlarlaməhdudlaşdıraraq öz tərəfdaşlarını təhrik etmək və milləti aldatmaqkimi asan varianta əl atırlar. "Bu diplom alın təri ilə,qanunauyğun alınan sənəddir" deyirlərsə, bunu hüquqi arqumentlərləmüzakirə etmək olar. Eləcə də "bələdiyyədə oğurluq, korrupsiya,qanunsuzluq, ədalətsizlik, qaranlıq, mürəkkəb münasibətlər yoxdur"desələr, mütəxəssislər vasitəsilə və hüquqi sübutlar işığında bunudanışmaq, müzakirə etmək olar, lakin onlar bu işləri görmürlər vəgörədə bilməzlər. Çünki bütün bunların və daha çoxunun doğru vəreal olduğunu ən yaxşı onlar bilirlər", - o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, onlar hətta bilirlər ki, buməlumatların və sənədlərin əksəriyyətini məhkəmə orqanlarına özpartiyalarından olan şəxslər verib.

"İctimaiyyət qarşısında timsah göz yaşları tökən CHPidarəçilərinin əksəriyyətinin partiyadaxili qarşıdurmadarəqiblərini sıradan çıxartdıqları üçün bağlı qapılar arxasındasevincinin həddi-hüdudu olmadığı da ortadadır”, - o bildirib.

Xatırladaq ki, martın 19-u

İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu,İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, ŞişliBələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəlibarəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı iləsaxlanılma qərarı çıxarıb.

Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCKterror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdətəsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilənbələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyəthəyata keçirilib.

Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasuseçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxınmedia vasitəsilə yayımlayıblar.

Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meriƏkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terrortəşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi(HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə,başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eynivaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsindəaraşdırmalar davam edir.

Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmişbələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindənbəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.

İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meriƏkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini MahirPolat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlarİnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatınınideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən vəhazırda qaçqın olan A.B, onun sahibi olduğu “Spectrum House”şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlıqüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyəsədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətindəəlbir olduqları bildirilir.

Seçilən
25
az.trend.az

1Mənbələr