AZ

Dəməşqdəki səfirliyini 13 ildən sonra yenidən açdı

Almaniya 13 ildən sonra Dəməşqdəki səfirliyini yenidən açır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Stefan Şnek “X” hesabında açıqlama yayıb.

O, Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu gün Qüdsdə səfirliyin rəsmi açılışını etdiyini bildirib.

S. Şnek səfirliyin heyəti hələ tam formalaşmadığından viza və konsulluq xidmətlərinin daha bir müddət Beyrutdakı Almaniya səfirliyi vasitəsilə həyata keçiriləcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, Almaniya 2012-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Dəməşqdəki səfirliyini bağlamaq qərarını vermişdi.

Seçilən
15
1
qafqazinfo.az

2Mənbələr