"Arsenal"ın müdafiəçisi Qabriel Maqalyaeş karyerasını Səudiyyə Ərəbistanınında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl-Nəsr" yayda braziliyalı futbolçunu heyətinə cəlb etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ərəblər futbolçuya illik 20 milyon avro, "topçular"a isə 100 milyon avro ödəniş etməyə hazırdır.
Xatırladaq ki, Qabriel London təmsilçisinə 2020-ci ildə "Lill"dən 26 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, 27 yaşlı oyunçu bu mövsüm "Arsenal"ın heyətində iştirak etdiyi 41 rəsmi matçda 5 qol, 1 assistlə yadda qalıb.
“Sportinq”in sabiq baş məşqçisi Super Liqa klubuna rəhbərlik edə bilər
Dünya Çempionatına qatılacaq ilk komanda müəyyənləşib
Braziliyalı futbolçu “Betis”də qala bilər
“Qalatasaray”da ayrılıq baş verə bilər
“Roma”nın futbolçusu əməliyyat olacaq: Mövsümü erkən başa vuracaq