ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağındakı hərəkətlərini tam dəstəkləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib.
O, Trampın Qəzza zolağında atəşkəsi təzələməyə cəhd edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib:
“Prezident İsraili və İsrail Müdafiə Qüvvələrini və onların son günlər atdığı addımları tam dəstəkləyir. O, HƏMAS-a açıq şəkildə bildirdi ki, bütün girovları azad etməsələr, çox ağır bədəl ödəməli olacaqlar və təəssüf ki, onlar insanların həyatı ilə oyun oynamaq qərarına gəliblər".
Bizim.Media