Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım edib.
Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir.
Operativ Media xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.
O vurğulayıb ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, - deyə H.Hacıyev vurğulayıb.