İspaniya Futbolçular Assosiasiyası (AFE) rəsmi bəyanat yayıb.
İdman.biz xəbər verir ki, bəyanatda İspaniya çempionatlarında oyunlar arasında 72 saatlıq istirahətin vacibliyi vurğulanıb.
2020-ci ildə İspaniya Futbol Federasiyası və La Liqa ilə bağlanmış razılaşmaya əsasən, iki oyun arasında fasilənin minimum 72 saat olduğu xatırlanıb. Bu amilin futbolçuların sağlamlığı baxımından mühüm əhəmmiyyət kəsb etdiyi bildirilib.
Qeyd edək ki, martın 8-də təxirə salınmış "Barselona" - "Osasuna" görüşünün ayın 27-də təyin olunması hər iki klubu narazı salıb. Vaxt azlığından şikayətlənən tərəflərin etirazı qəbul olunmayıb. Bundan başqa, az əvvəl "Real"ın baş məşqçisi Karlo Ançelottidə fasilə az olduğu təqdirdə La Liqa oyunlarını baykot edə biləcəklərini açıqlamışdı.
İdman.biz