Şimali Koreya yeni zenit-raketi modelini sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Koreyanın Səsi” məlumat yayıb.
“Şimali Koreyanın Baş Raket İdarəsi martın 20-də hərtərəfli döyüş qabiliyyətini yoxlamaq məqsədi daşıyan yeni model zenit-raket silah sisteminin sınaq buraxılışını həyata keçirib”, - məlumatda qeyd olunub.